Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstanın “Astana Balet” teatrı kollektivinin çıxışı olacaq. Kollektiv maraqlı yaradıcı layihələrlə bir sıra ölkələrdə (Çin, Cənubi Koreya, Fransa, Avstriya, Rusiya və s.) qastrol səfərlərində olub.
Bakıda təqdim olunacaq proqram “Şərq rapsodiyası” adlanır və müxtəlif üslublarda olan nömrələrdən ibarətdir. Proqrama ayrı-ayrı xalqların koloritini əks etdirən parlaq rəqslər daxil edilib, rəqslərin quruluşu qazax və xarici baletmeysterlər tərəfindən həyata keçirilib.
“Şərq rapsodiyası” proqramında N.Rimski-Korsakov, Q.Qarayev və A.Borodin kimi dünya klassiklərinin musiqiləri, həmçinin milli xoreoqrafik kompozisiyalar - “Kus-Jolı”, “Kız Jibek”, “Qazax valsı” və s. nömrələr səslənəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar