Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Türkiyədə Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü “Rotary” teatr mükafatına layiq görülüb. Bu, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.
Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi Elçinin bu əsərinin qardaş ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar