Aprelin 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı qrupu Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının kollektivi ilə görüşəcək. Yaradıcı heyət yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi olan tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), gənc aktrisalar Günel Məmmədova və Səbinə Məmmədova ifa edirlər.
Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar