Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası Türkiyəyə səfərə hazırlaşır. Teatrın balaca istedadları ənənəvi 23 aprel - Milli Suverenlik və Uşaq Günü münasibətilə reallaşacaq möhtəşəm tədbirdə repertuarlarındakı nümunələrdən yığılmış “Nağıl çələngi” adlı tamaşa-konsert proqramı ilə çıxış edəcəklər. Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında Tıq-tıq xanım, Cırtdan, Gəlincik və Ələddin kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandıracaqlar. Səidə Haqverdiyevanın ssenari müəllifi olduğu tamaşa-konserti studiyanın müəllimi, aktrisa Cəmilə Allahverdiyeva səhnələşdirib.
Aprelin 20-dən 26-dək davam edəcək səfər çərçivəsində balacaların Türkiyənin digər şəhərlərində çıxışları da nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar