Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının məşqləri gedir. Tamaşanın səhnə tərtibatını hazırlamaq üçün Moskvadan quruluşçu rəssam, Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Dmitri Çerbadji dəvət olunub.
Teatrda eskizlərin müzakirəsi ilə bağlı dinləmələr keçirilib. Teatrın direktoru Əliqismət Lalayev yeni tamaşanın süjet xətti, ideyası haqqında məlumat verib. Sonra tamaşanın rusiyalı quruluşçu-rəssam hazırladığı eskizlərlə bağlı çıxış edib.
Teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, direktor müavinləri - Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, geyim üzrə rəssam Yelena Almazova və texniki şuranın digər üzvləri çıxış ediblər. Pofessor D.Çerbadji tərəfindən işlənən tərtibat müəyyən təkliflərlə qəbul olunub.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar