Mayın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Violetta partiyasını gənc və istedadlı vokalçı, Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunub.
Tamaşada həmçinin Xalq artisti, Vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov, Əməkdar artist Səbinə Vahabzadə və gənc solist Tələt Hüseynov çıxış edəcəklər.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar