Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı italyan dramaturqu K.Haldoninin pyesi əsasında “Elanla gəlin” tamaşasını sənətsevərlərə təqdim edib.
Komediyanı Azərbaycan dilinə Dağıstanın Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.
Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır. Rollarda Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov və başqaları çıxış edirlər.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar