Qusar Dövlət Ləzgi Dram Teatrında yerli yazar Mirzəli Rüstəmovun əsəri əsasında “Yeni zavmaq” adlı tamaşa hazırlanır. Komediya janrında tamaşa üçün yerli rəssamlar və dekorçular tərəfindən xüsusi dekorasiya qurulub. Teatrın baş rejissoru Bağır Əhmədovun quruluş verdiyi tamaşa tamahkar kəndli ailəsinin həyatından bəhs edir, ibrətamiz məqamlarla zəngindir.
Teatrın direktoru Faiq Qardaşovun sözlərinə görə, yeni tamaşanın premyerası mayın 26-da Qusar şəhər Mədəniyyət evində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar