Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Əsas rollarda ilk dəfə teatrın gənc və istedadlı solistləri - əməkdar artistlər İlahə Əfəndiyeva (Toska) və Fərid Əliyev (Kavaradossi) çıxış edəcəklər.
Skarpia partiyasını Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək. Operada həmçinin Xalq artisti, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov iştirak edəcəklər. Dirijor Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Mayın 31-də isə teatrda bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun "Sehrli alma" baletinin ilk tamaşası olacaq. “Məlikməmməd” xalq nağılının motivləri əsasında yaradılan baletin premyerası 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunur.
Səhnə əsərinin dirijoru Prezident mükafatçısı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Rollarda balet truppasının gənc solistləri Timur Oduşev, Faiq Qubadov, Mehman Mərdanov, Cəmilə Kərimova, Anar Mikayılov və başqaları çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar