Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm yuxuları” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Səhnə əsərində ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Adil Zeynalov, aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar