Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı sənətsevərlərə təqdim etməyə hazırlaşır. Rusiyanın Əməkdar incəsənət xadimi, Kalmıkiyanın B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşa iyunun 11-də təqdim olunacaq.
İki teatr arasında imzalanmış yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır. Tamaşanın yeni mövsümdə Rusiyada da nümayiş etdirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar