İlk Avropa Oyunları ilə bağlı teatrlarımız xüsusi olaraq hazırladıqları repertuarı təqdim edirlər. Səməd Vurğun adına Rus Dram Teatrında İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru, Xalq artisti Aleksandr Şarovski, bəstəkarı, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.
Rolları Xalq artisti Fuad Poladov, əməkdar artistlərdən Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva və başqaları ifa edir. Rus Dram Teatrının gənc aktyorları Oleq Əmirbəyov, Teymur Rəhimov və aktrisa Natəvan Hacıyeva tamaşada ilk dəfə oynayıblar. Səhnə əsəri növbəti dəfə iyunun 25-də təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar