Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası iyunun 20-dən yay qastrollarına başlayacaq. Teatrın direktoru Tofiq Heydərovun bildirdiyinə görə, yaradıcı heyət öncə Ucar rayonunda sənətsevərlərə S.M.Qənizadənin “Xor-xor” vodevilini təqdim edəcək. Qonşu Lerik rayonunun tamaşaçıları isə Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyasına baxmaq imkanı qazanacaqlar.
Daha sonra truppa yolunu Hacıqabul, İsmayıllı və Şabran rayonlarından salacaq. Həmin rayonlarda Üzeyir Hacıbəylinin hekayə, pamflet və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” tamaşası nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar