İyunun 18-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rus dramaturqu Lev Korsunskinin “Kələkbaz” komediyasının premyerası olub. Tamaşada bəşəriyyətin əbədi mövzularından olan atalar və övladların ailədaxili münasibətlərindən bəhs olunur. İdman məşqçisi Oleq ambisiyaları həyata keçməmiş bir insandır. Ailəsində uşağın dünyaya gəlməsi vaxtında onun arzu və istəklərinin reallığa çevrilməsinə bir növ maneə olub. Çünki Oleqin bütün qazancı oğlunun ehtiyaclarına sərf olunur. O, oğlunun etinasız münasibətindən əzab çəkir. Bu əzabdan ata sevgisinə möhtac olan 16 yaşlı oğul Dimaya da az pay düşməyib...
Hadisələrin gözlənilməz dəyişkənliyi tamaşaçını intizarla sonluğu gözləməyə, sevinc və həyəcan hisləri keçirməyə, çox hallarda ürəkdən gülməyə, bəzi məqamlarda isə kədərlənməyə vadar edir.
Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova ifa edirlər. Komediyanı dilimizə yazıçı-jurnalist Ağaddin Babayev çevirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar