Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının növbəti festivalına start verilib. Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2009-cu il fevralın 7-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edilib.
Sənət baxışının ilk günündə Babək Rayon Xalq Teatrı görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının tamaşasını göstərib.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik edib. O, Azərbaycan teatr sənətinin və xalq teatrının inkişafı tarixindən danışaraq qədim oyun və meydan tamaşalarından geniş söhbət açıb. Bildirib ki, bu tamaşalar xalq yaradıcılığımızın, folklorumuzun qədim və zəngin ənənələrini yaşadır. Muxtar respublikada xalq yaradıcılığına göstərilən qayğı və diqqət öz bəhrəsini verməkdədir.
Sonra tamaşa nümayiş olunub. Komediyanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Səyyad Məmmədovdur.
Peşəkar teatrlarımız tərəfindən dəfələrlə səhnəyə qoyulan “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının mövzusu XIX əsrin 70-90-cı illərində Azərbaycan tacirlərinin həyatından götürülüb. Pula hərisliyi ifşa edən, caniliyin hökm sürdüyü mühiti tənqid edən komediya gülüş doğuran tip və obrazlarla zəngindir. Tamaşaçı bu surətlərin komik situasiyalara düşməsinin şahidi olur. Hacı Qənbər, Hacı Salman, Molla Şəfi və başqa obrazlar gülüş hədəfinə çevrilirlər.
İyunun 25-də Şərur Rayon Xalq Teatrı festival çərçivəsində “Yuxu” tamaşasını təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar