Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vuracaq. Xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də nümayiş olunacaq. Tamaşanın bədii rəhbəri professor İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən gənclərin iştirakı ilə hazırlanan tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar