Paytaxtın digər sənət ocaqları kimi, Dövlət Musiqili Teatrı da Avropa Oyunlarına öz töhfəsini verib. Teatrın repertuarındakı ən yaxşı səhnə əsərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunları günlərində titrlər vasitəsilə nümayiş olunub. Bu yenilik izləyicilər tərəfindən maraqla qarşılanıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Avropa Oyunları günlərində 15 tamaşa nümayiş olunub. İyunun 11-dən 28-dək teatrın səhnəsində “Ər və arvad”, “O olmasın, bu olsun”, “Skapenin kələkləri”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Fransızsayağı qarnir” və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Onların arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukrayna və başqa ölkələrdən qonaqlar da olub.
Tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını vurğulayıblar.
Qeyd edək ki, kollektiv mövsümə iyulun 12-də Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə yekun vuracaq. "O olmasın, bu olsun" Musiqili Teatrın 105-ci mövsümdə ən uğurlu tamaşalarından biri olub.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar