Naxçıvan Muxtar Respublikasında keçirilən xalq teatrlarının festivalı başa çatıb.
Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını göstərib.
Tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbuhi Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevdir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Natəvan Qədimova çıxış edərək bildirib ki, bölgələrdə xalq teatrlarının fəaliyyət göstərməsi mədəni həyata göstərilən diqqətin nəticəsidir. Xalq teatrlarının və dram dərnəklərinin işinin daha səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində belə festivalların keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Festivalda Babək Rayon Xalq Teatrı birinci, Şərur Rayon Xalq Teatrı ikinci, Şahbuz Rayon Xalq Teatrı üçüncü yerə layiq görülüb. Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar