Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü bağlamağa hazırlaşır. Teatrdan bildiriblər ki, mövsümə iyulun 10-da "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşası ilə yekun vurulacaq.
Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov olan tamaşanın musiqi tərtibatçısı Orxan Kərimov, rəqslərin tərtibatçısı Pedram Nazeradli, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur. Rolları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar