“Hekayəti-xırs-quldurbasan”la qastrol beş rayonu əhatə edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vurub. İyulun 4-də başlanan qastrol Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında uğurla davam etdirilib.
Yaradıcı heyət sözügedən bölgələrin sənətsevərləri qarşısında Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” tamaşası ilə çıxış edib. Teatr 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.
Rayon ictimaiyyəti adından çıxış edənlər kollektivə yeni yaradıcılıq uğurları arzulayaraq, Gənc Tamaşaçılar Teatrının özünün 87-ci mövsümünü məhz Tovuzda başa vurduğuna görə təşəkkürlərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar