Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 12-də 105-ci mövsümü başa vurub. Bununla bağlı keçirilən tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək mövsüm boyu əldə olunan nailiyyətlərdən danışıb: “Yeni tamaşalar təhvil verdik. Xüsusilə I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Sentyabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Bir çox yeni planlarımız, ideyalarımız var. İnanırıq ki, yeni mövsümdə də tamaşaçılarımızı sevindirə biləcəyik".
Sonra mövsümün son tamaşası - dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası sənətsevərlərə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.
* * *
İyulun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Teatrın direktoru, Əməkdar artist, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, qastrol və festivallar, müxtəlif ölkələrin teatrları ilə sənət mübadilələri haqqında danışıb. Direktor 87-ci teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni mövsüm üçün yaradıcılıq planlarından, hazırlanacaq tamaşalardan, yeni layihələrdən də söz açıb.
Sonra teatrın və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi teatr mükafatı sahiblərinə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar