Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 12-də 84-cü mövsümə yekun vurub. Teatr məhsuldar keçən mövsümdə tamaşaçılara milli və dünya dramaturgiyasından seçilmiş 4 fərqli səhnə əsəri, teatrın nəzdindəki “Oyuq” teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert və tamaşa təqdim edib.
Teatrın direktoru Rəşad Əhmədzadə yeni səhnə əsərləri, festivallar və sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka görə əməkdaşlara təşəkkürünü bildirib, qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını diqqətə çatdırıb.
Sonra “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxış olub. Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi tamaşa yeni ştrixləri ilə diqqəti cəlb edib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar