“Öldür məni, can-ciyər” və “Cəhənnəm sakinləri”

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 46-cı mövsümə yekun vurub. Teatr mövsümü türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşası ilə yekunlaşdırıb. Tamaşaya Əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmov quruluş verib. Rolları əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli oynayıb.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı da özünün 124-cü mövsümünü başa vurub. Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, truppanın üzvlərindən Xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev çıxış edərək mövsümdə qazanılmış uğurlardan, gələcək planlardan söz açıblar.
Sonra Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşası Milli Ordunun zabit və əsgərlərinə nümayiş olunub. Ötən əsrin 30-cu illərinin repressiya dövrünün acı həqiqətlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar