Gənc Tamaşaçılar Teatrında “Xortdanın cəhənnəm məktubları"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü sentyabrın 18-də Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsəri əsasında hazırlanan tamaşa ilə açacaq. Başa çatan mövsümdə ilk baxışı keçirilən tamaşanı Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev səhnəyə qoyub.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Əsərin yeni mövsümdə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi də nəzərdə tutulub.

Dövlət Kukla Teatrında “Çəkməli pişik”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü fransız şairi və yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan yeni tamaşa ilə bağladı. Teatr yeni mövsümü də bu tamaşa ilə açacaq.
Maraqlı quruluşu (rejissor Anar Məmmədov) olan tamaşada uşaqlar səhnədə baş verənləri izləməklə yanaşı, həm də hadisələrə müdaxilə edirlər. Baş qəhrəman Çəkməli Pişik (Əməkdar artist Rəhman Rəhmanov) uşaqlarla bəzən məsləhətləşir, ya da onlara “bax bu cür olmaq lazımdır” deyə məsləhət verir. Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun tamaşa üçün yazdığı musiqilər isə ayrı-ayrı obrazların ifasının açılmasında, səhnə əsərinin ritminin saxlanılmasında mühüm rol oynayır. Quruluşçu rəssam Rəvanə Yaqubova balacaları öz uşaq dünyalarının rənglərində xoş ovqata kökləyib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar