Almaniyanın Bavariya vilayətində ənənəvi Qut-İmmlinq opera sənəti festivalı başlayıb. Bu il festivalda 40-dək ölkədən kollektivlər, vokalçılar, dirijorlar iştirak edir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri də artıq səkkizinci dəfə festivala dəvət alıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, orkestrin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyaya səfəri avqustun 11-dək davam edəcək. Musiqiçilərimiz avqustun 9-da festivalın möhtəşəm qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun əsərləri səslənəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar