Dərbənd teatrının kollektivi Prezidentin sərəncamını rəğbətlə qarşılayıb

Prezident İlham Əliyevin Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncamı yaradıcı kollektiv tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu teatrda 20 ildən artıq fəaliyyət göstərən Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovanın sözlərinə görə, kollektiv çətin şəraitdə işləməsinə baxmayaraq, tamaşaçıların zövqünü oxşamaqdan ötrü yorulmadan çalışıb, daim maraqlı tamaşalar səhnələşdirib: “Öz binamızda uyğun şərait olmadığından tamaşaları Dağıstandakı digər teatrların səhnələrində oynayırdıq. Bu da istər-istəməz tamaşaçıların sayına təsir göstərirdi. Tez-tez öz teatr binamızın nə vaxt təmir olunacağı ilə bağlı suallarla qarşılaşırdıq. Azərbaycan Prezidentinin bu sərəncamı teatrın yaradıcı kollektivi ilə yanaşı, Dərbənddə, eləcə də bütün Dağıstan Respublikasında yaşayan azərbaycanlıların da böyük sevincinə səbəb olub. Əminəm ki, Azərbaycan Dövlət Dram Teatrı yenidən qurulduqdan sonra bu mədəniyyət ocağı Dərbənddə ən yaraşıqlı binalardan biri kimi göz oxşayacaq. Teatrın kollektivi bundan sonra daha həvəslə işləyəcək, tamaşaçılarını bir-birindən gözəl səhnə əsərləri ilə salamlayacaq”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar