Dahi dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib.
Onun sözlərinə görə, Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır: "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq. Bu, çox orijinal layihədir".
İ.İsrafilov deyib ki, layihə çərçivəsində “Şeyx Sənan” faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə gerçəkləşəcək: "Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissədə isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq".







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar