"O olmasın, bu olsun" musiqili komediyası əcnəbi qonaqlara nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrı yeni, 106-cı mövsümə də bir sıra yenilik və sürprizlərlə hazırlaşır. Teatr ölkədə yeni mövsümə digər sənət ocaqlarından tez - 10 sentyabrda start verəcək. Mövsüm Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə açılacaq.
8-9 sentyabr tarixlərində Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə milli əlaqələndirmə qovşağı rəhbərlərinin iclası keçiriləcək. İclas çərçivəsində nəzərdə tutulan bədii proqram sentyabrın 10-da Dövlət Musiqili Teatrında keçiriləcək. Həmin gün "O olmasın, bu olsun" tamaşası ingilis dilində tərcümə sətirlər (titrlər) vasitəsilə nümayiş olunacaq. Xatırladaq ki, Üzeyir bəyin ölməz səhnə əsəri bu formatda ilk dəfə 2-5 may tarixlərində Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçılarına təqdim olunmuş, daha sonra I Avropa Oyunları günlərində qonaqlara nümayiş etdirilmişdi. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar