Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə açacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Milli Dram Teatrı öz ənənəsinə sadiqdir. Belə ki, kollektiv hər il mövsümü bu tamaşa ilə açır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Elxan Quliyev, Əjdər Həmidov, aktyorlar Əminə Babayeva, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahimxəlil xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan xan erməni fitnəkarlığının qurbanı olur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar