Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Qurumun mətbuat xidmətindən bildiriblər ki, bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfə nümayiş etdiriləcək.
Yeni teatr mövsümü ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşası ilə açılacaq. Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri 10 sentyabr tarixində Bakıda Ümumdünya Gömrük Təşkilatının regional toplantısının iştirakçılarına ingilis dilində titrlər vasitəsilə təqdim olunacaq.
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları “Toya bir gün qalmış” (Ə.Səmədli), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), “Ər və arvad” (Ü.Hacıbəyli), “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər. Habelə rusdilli və balaca tamaşaçılar üçün “Fransızsayağı qarnir” (M.Kamoletti), “Skapenin kələkləri” (J.B.Molyer), “Düyməcik” (H.K.Anderson), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq.
Sentyabr ayının son günlərində SSRİ Xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasının premyerası da gözlənilir. Tamaşa teatrın rus bölməsində hazırlanıb. Əsərə Əməkdar incəsənət xadimi Əli Usubov quruluş verib. Rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva və başqaları ifa edir.
Oktyabr ayında teatrda Robert Sturuanın rəhbərlik etdiyi Rustaveli Teatrının qastrolu planlaşdırılır. Noyabrda isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və Xalq artisti Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keçiləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar