Azərbaycanın gənc teatr xadimləri sentyabrın 11-dən 15-dək Moskvada keçiriləcək "Artmiqrasiya 2015" III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər.
Tədbirə Rus Dram Teatrının aktyorları Oleq Əmirbəyov və Teymur Rəhimov, Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova və aktyor Eşqin Quliyev, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev qatılacaq.
Rusiya Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival-forumun məqsədi yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etməkdir.
Rusiya, MDB və Baltikyanı ölkələrdən gənc teatr mütəxəssislərinin iştirak edəcəyi tədbirdə gənc rejissorların səhnəyə qoyduğu tamaşalar da nümayiş etdiriləcək.
Onu da qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərindən festivala qatılmaq üçün 70-dən artıq ərizə daxil olsa da, ekspertlər 5 tamaşanın nümayişini forumun proqramına daxil ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar