Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vuraraq işə başlayıb.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bu münasibətlə keçirilən toplantıda əməkdaşları salamlayıb, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, teatr 88-ci teatr mövsümündə ilk tamaşalarını sentyabrın 19-da təqdim edəcək. Həmin gün H.K.Andersenin "Çirkin ördək balası" və U.Şekspirin "Romeo və Cülyetta" tamaşaları göstəriləcək.
"Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
"Romeo və Cülyetta" tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar