Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etməkdədir.
Müqaviləyə əsasən Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabrın əvvəllərində A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” tamaşaları ilə çıxış edəcək.
Məlumat üçün bildirək ki, Kalmık Milli Dram Teatrında Ə.Əmirlinin “Sevən qadın” tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən ötən mövsüm quruluş verilib.
26-30 oktyabr tarixində isə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək. Səfər çərçivəsində yaradıcı heyət repertuarında olan iki tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar