Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. Sentyabrın 1-də teatrda keçirilən toplantıda çıxış edən direktor, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə yeni mövsümün gərgin iş planı barədə danışıb.
Bu ilin 15-20 noyabr tarixlərində Bakıda baş tutacaq "Cırtdan" III Beynəlxalq Kukla Teatrları Festivalı barədə məlumat verən R.Əhmədzadə dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi tədbirə ciddi hazırlıq görüldüyünü deyib. Bildirilib ki, teatr bayramının rəngarəng proqramı var və öncəki iki festivalda olduğu kimi, Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar: “Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. Festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik".
Qeyd olunub ki, Dövlət Kukla Teatrı mövsümə 18 sentyabrda - Üzeyir Hacıbəylinin anadan olması və Milli Musiqi Günü münasibətilə dahi bəstəkarın "O olmasın, bu olsun" tamaşası ilə start verəcək.
Bu ilin sonunadək iki tamaşanın təhvil verilməsi nəzərdə tutulub. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi "Qırmızıpapaq" və gənc rejissor Anar Məmmədovun hazırlayacağı "Bədheybət və gözəl” tamaşalarıdır. Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda "Şair ayı" tamaşası da iş planına daxildir. Hazırda həmin rejissorla danışıqlar aparılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar