“Hər kəsə Mədəniyyət və Turizm Nazirliyinin qərarına hörmət etməyi tövsiyə edir və əmin olduğumuzu bildirmək istəyirik ki, nazirliyin qərarı tezliklə Milli Dram Teatrında yaradıcı mühitin inkişafına, müəyyən fikirlərin aradan qalxmasına səbəb olacaq”.
Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Şöbə müdiri son günlər Milli Dram Teatrı ətrafında xoşagəlməz xəbərlərin yayılmaqda olduğunu bildirib: “Xalqımızın milli sərvətinə çevrilən Azərbaycanın teatr sənətinin daha da inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının daha da yaxşılaşdırılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq islahatlar aparılıb və bu gün də davam etdirilir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün teatrlarda hazırda 143-cü teatr mövsümünə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Digər teatrlarda olduğu kimi, Akademik Milli Dram Teatrında da yaradıcı heyət mövsümə hazırlaşır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə uyğun olaraq Xalq artisti, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azərpaşa Nemətov Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib və təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilovun əmək müqaviləsi yenilənib”.
Nazirlik rəsmisi jurnalistlərdən teatrın inkişafına dəstək olmağı xahiş edib: “Bütün KİV nümayəndələrini Azərbaycanda 143-cü teatr mövsümünün açılışı münasibətilə sentyabr ayının 14-də Gəncədə keçiriləcək tədbirə dəvət edir və Azərbaycan teatrının inkişafına dəstək olmağı xahiş edirik”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar