Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə açacaq.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin sözlərinə görə, daha bir tamaşanın məşqlərinə başlanılıb. Səhnə əsəri TÜRKSOY-un dəstəyi ilə hazırlanır.
Təşkilat 2015-ci ili görkəmli türk dramaturqunun 100 illiyi ilə bağlı “Haldun Taner xatirə ili” elan edib. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşa səhnələşdirilir. Səhnə əsərinin noyabrda təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Şəki teatrında Şəfayət Mehdiyevin "Vicdan yükü" əsəri əsasında yeni tamaşanın hazırlanması da nəzərdə tutulub. 2016-cı ildə teatrda 4 yeni tamaşanın hazırlanması planlaşdırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar