Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Akademik Milli Dram Teatrı 143-cü mövsümü Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" (“Hökmdar və qızı”) əsərinin tamaşası ilə açacaq.
İbrahim xan rolunun ifaçısı, Xalq artisti İlham Əsgərovun vəfatı ilə əlaqədar olaraq, bu obrazda səhnəyə Əməkdar artist Kazım Abdullayev çıxacaq. Tamaşadan əvvəl teatrın bədii rəhbəri və baş rejissoru, Əməkdar incəsənət xadimi Azərpaşa Nemət yeni teatr mövsümünün açılışı ilə bağlı çıxış edəcək. Həmçinin Xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq. Qısa rəsmi hissədən sonra "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək.
Xatırladaq ki, tamaşa İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında yeni quruluşda hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar