Sentyabrın 17-də Moskvadakı Kreml Sarayında IV Beynəlxalq Balet Festivalı başlanıb. Ayın 30-dək davam edəcək festivalın proqramına böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti də daxildir.
Sentyabrın 22-də nümayiş etdiriləcək tamaşada əsas partiyanı - Şəhrizad rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nigar İbrahimova ifa edəcək. Tamaşanın quruluşçu xoreoqrafı “Kreml baleti” teatrının təsisçisi Andrey Petrov, səhnə tərtibatçısı görkəmli Azərbaycan rəssamı Tahir Salahovdur.
Festivalda “Kreml baleti” teatrının ən yaxşı tamaşalarından ibarət zəngin proqram hazırlanıb. Azərbaycan, Britaniya, Avstriya, İsveçrə, Rusiya, Kanada və Norveçdən tanınmış artistlər teatrın “Don Kixot”, “Qu gölü”, “Yatmış gözəl”, “Esmiralda” və başqa tamaşalarında çıxış edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar