Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Böyük Britaniyanın təhsil və mədəni əlaqələr üzrə beynəlxalq təşkilatı olan “British Council”un (Britaniya Şurası) nümayəndələri ilə görüşüb.
Görüşdə Londondakı "Qlobus" Şekspir (“Shakespeare’s Globe”) Teatrının Bakıya qastrol səfəri müzakirə edilib. Qeyd olunub ki, teatr oktyabrın 3-də “British Council”un təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Hamlet” tamaşasını nümayiş etdirəcək.
Bildirilib ki, London teatrı 23 aprel 2014-cü il və 23 aprel 2016-cı il tarixləri arasında Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd etmək üçün “Hamlet” tamaşası ilə dünya turuna çıxıb. 100-dən çox ölkəni əhatə edən qastrol turuna Azərbaycan da daxildir. 16 nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.
"Qlobus" Şekspir Teatrının bədii rəhbəri və “Hamlet” tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, layihə tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədi daşıyır.
“Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır, sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq”, - deyə “British Council”un Azərbaycan təmsilçisi Elizabet Vayt bildirib.
Tamaşa ingilis və Azərbaycan dillərində subtitrlərlə nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar