İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan "Opera günləri" başlayıb. Bu il layihə 18-ci dəfə keçirilir.
Leyla Gencer Opera və Sənət Mərkəzində keçirilən açılış konsertini türkdilli ölkələrin İstanbuldakı baş konsulluqlarının və beynəlxalq təşkilatların təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri izləyiblər.
XVIII "Opera günləri"nin növbəti konsert məkanı Şimali Kiprdir (17-18 sentyabr).
Sentyabrın 23-24-də isə konsertlər Türkiyənin Antalya şəhərində keçiriləcək. Bundan başqa, TÜRKSOY "Opera günləri"ndə təmsil olunan sənətçilər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu il sentyabrın 5-dən 24-dək Antalyada keçirilən 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalına da qatılacaqlar.
Xatırladaq ki, "Opera günləri"ndə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarından, Çin və Şimali Kiprdən 24 sənətçi iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar