Həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin daha bir ölməz əsəri - "O olmasın, bu olsun" operettası təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Qeyd edək ki, Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" ("Məşədi İbad") əsəri 1911-ci ildə yazılıb, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulub. Operettada müqtədir sənətkarlar Mirzağa Əliyev, Cahan Talışinskaya, Əhməd Anatollu, Əhməd Ağdamski, Münəvvər Kələntərli, Hacıbaba Bağırov və başqaları oynayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar