107-ci teatr mövsümünə başlayan Azərbaycan Dövlət Opera və Balet Teatrı sənətsevərlərə məşhur vokal və balet ulduzlarının iştirakı ilə maraqlı tamaşalar vəd edir. Bu sıradan ilk tamaşa oktyabrın 9-da təqdim olunacaq "Jizel" baletidir.
Adolf Adanın əsəri dünya balet sənətinin incilərindən sayılır və bir çox aparıcı teatrların repertuarını bəzəyir. Azərbaycan Opera və Balet Teatrının repertuarına uzun illərdən bəri daxil olan bu tamaşada baş rollarda məşhur balet ulduzları çıxış ediblər.
Budəfəki tamaşada Jizel rolunu Ukrayna Milli Operasının prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə çexiyalı balet ulduzu Van Yan ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar