Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub. Teatrın yeni mövsümdə ilk premyerası anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.
Tamaşadan sonra bəstəkarın oğlu, hazırda Türkiyədə yaşayan rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev telefon açaraq Musiqili Teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib.
Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar