London teatrı dünya turu çərçivəsində Şekspirin şah əsərini təqdim edəcək

Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir ilk yaşanacaq. Böyük Britaniyanın təhsil və mədəni əlaqələr üzrə beynəlxalq təşkilatı olan “British Council”in (Britaniya Şurası) təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın səhnəsində Uilyam Şekspirin “Hamlet” tamaşası ingilis dilində nümayiş etdiriləcək.
Şekspir dramaturgiyasının şah əsərlərindən biri Londonun Qlobus Teatrının dünya qastrolu çərçivəsində Bakıda nümayiş olunacaq.
Londonun “Shakespeare’s Globe” teatrının tarixi 1599-cu ildən başlanır. Teatrın əsası dahi dramaturqun da daxil olduğu truppa tərəfindən qoyulub. Teatr 23 aprel 2014-cü il və 23 aprel 2016-cı il tarixləri arasında Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd etmək üçün “Hamlet” tamaşası ilə dünya turuna çıxıb. Səhnə əsərində 16 aktyor çıxış edir.
Teatrın bədii direktoru və tamaşanın rejissoru Dominic Dromgoole deyib: “Səyahətimizin əsas prinsipi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəslə danışa bilər və heç bir ölkə və xalq Hamletin canlı tamaşasını izləməkdən imtina etmək istəməz”.
“Globe to Globe Hamlet” tamaşası ilə dünya turu Amerika, Avropa və Afrika qitələrinin 100-dən çox ölkəsini əhatə edir. Səyahətin yarıdan çox hissəsi tamamlanıb.
2014-cü ilin oktyabrında UNESCO qastrol çərçivəsində yerli ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsində və mədəni-elmi normaların aşılanmasında roluna görə “Globe to Globe Hamlet” tamaşasını öz maliyyə dəstəyi ilə təmin edib.
İngilis dilində təqdim ediləcək tamaşa Azərbaycan dilində subtitrlərlə müşayiət olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar