Fransız dramaturqun məşhur əsərinin premyerası

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fransız dramaturqu Erik-Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Teatrdan bildirilib ki, quruluşçu rejissoru Ərşad Ələkbərov və quruluşçu rəssamı Samirə Həsənova olan tamaşada rolları Xalq artisti Fuad Poladov, əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev oynayırlar.
Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Xalq artisti Azərpaşa Nemətdir.
Xatırladaq ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar