Yeni mövsümdə ilk olaraq “Burdan min atlı keçdi” əsəri təqdim edilib
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 46-cı teatr mövsümünü açıb. Yaradıcı kollektiv şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib. Tamaşanı əsərin müəllifi də izləyib.
Əsərdə XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ümummilli lider Heydər Əliyevin barışmaz mövqeyi, həmçinin azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsi əks olunub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Firudin Məhərrəmovdur. Ümummilli lider Heydər Əliyev obrazını Əməkdar artist Namis Şirməmmədov oynayıb.
Nümayişdən sonra şair-dramaturq Hidayət Orucov səhnəyə çıxaraq yaradıcı heyətə minnətdarlığını bildirib.