Noyabrda Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına "Zəfər" studiyasının səhnəsində məşhur rumın dramaturq Ejen İoneskonun "Stullar" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov bildirib ki, üç personajın rol aldığı səhnə əsəri üzərində məşqlər davam edir. İlkin Mehdiyevin quruluş verdiyi tamaşa faciə janrındadır. Rolları xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov və Həmidə Ömərova oynayırlar. Tamaşanın bədii rəhbəri Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətdir.
Səhnə əsərində iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. İki qarı və qoca uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa davam etdiyi müddətdə səhnədə saysız-hesabsız stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmetə deyil, tamaşanın qəhrəmanına çevrilir. Məhz tamaşanı canlı edən də bu stullardır. Tənhalıqlarını unutmaq üçün qarı və qoca bir oyun fikirləşərək hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar