Şuşa Dövlət Musiqili Dram Teatrı özünün növbəti teatr mövsümünə oktyabrın 3-də start verəcək. Sənətsevərlər həmin gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində türk yazıçısı Hasan Erkeyin “Kitabi-Dədə Qorqud” boyları əsasında yazdığı “Adını qazanan uşaq” tamaşasının premyerasına baxa biləcəklər.
Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Əsas rolları Sevinc Ağayeva, Vüsalə Məmmədzadə, Etibar Cəfərov, Hamlet Qənbərov, Tofiq Hacıyev və Gündüz Qasımov ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar