Azərbaycan Dövlət Musiqili Teatrında "2015-ci kvartal" adlı yeni tamaşanın məşqlərinə başlanıb. Səhnə əsərinə gənc rejissorlar Əlif Cahangirli və Anar Sadıqov quruluş verir.
Yazıçı-dramaturq İlqar Fəhminin Bakının köhnə məhəllələrindən birinin gündəlik həyat tərzindən, insanlarından bəhs edən əsəri əsasında hazırlanan tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətdir.
Ə.Cahangirli deyib ki, Musiqili Teatrın truppasının rol aldığı əsərdə əsas obrazlardan birini (mühafizəkar gənc Əbdül) Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov ifa edəcək. Tamaşada Xalq artisti Ramiz Məmmədov, gənc aktrisa Gültac Əlili və digərləri çıxış edəcək.
Əsərin mövzusu Bakının köhnə məhəllələrindən birinin sökülməsi ilə başlayan prosesi əks etdirir: "Məhəllə sökülür, insanların münasibətləri də özləri bilmədən sökülən məhəllə ilə birlikdə dağılır. Hər kəs zamanın axarında baş verən hadisələr nəticəsində öz ideologiyasını təbliğ edir. Tamaşanın əsas süjet xətti xəyanətdir. Bütün bu baş vermiş hadisələrə gənc rejissorlar olaraq öz yanaşmamız var. Əsəri dekabrın sonu - yanvarın əvvəlində təhvil vermək istəyirik".
Qeyd edək ki, hər iki gənc rejissor bu yaxınlarda Moskvada A.P.Çexov teatr festivalı çərçivəsində təşkil edilən ustad dərslərdə iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar