Azərbaycan Dövlət Pantomima Teatrında "Fəlakət və insan" tamaşası hazırlanır. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyevin bildirdiyinə görə, uşaqlar üçün nəzərdə tutulan yeni tamaşa maarifləndirici əhəmiyyətə malikdir: "Tamaşada təbii fəlakət hadisəsi olan zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında əyani şəkildə nümayiş etdiriləcək. Tamaşa 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Hələlik şərti adı "Fəlakət və insan"dır”.
Xatırladaq ki, əsərin müəllifi teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. Gənc aktyor Bəhruz Əhmədlinin quruluş verdiyi tamaşanın oktyabr-noyabr aylarında təhvil verilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar